Pentaqon kaset bombaların Ukraynaya çatdırıldığını təsdiqlədi

 23:16 13.07.2023     388

Amerika Birləşmiş Ştatları (ABŞ) iyulun 13-də Ukraynaya kaset sursatlarının çatdırılmasını təsdiqləyib

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki,bunu Pentaqonun nümayəndəsinin bəyanatına istinadən Politico-nun jurnalisti Lara Seliqman yazıb.

ABŞ-ın yüksək rütbəli generalı təsdiq edir ki, ABŞ kaset sursatları artıq Ukraynaya gəlib.

Bu mövzu ilə bağlı əlavə təfərrüatlar bildirilmir.

Qeyd edək ki, bu gün “Tavriya” qoşunlar qrupunun komandiri Aleksandr Tarnavski bildirib ki, Ukrayna ABŞ-dan kaset bombaları alıb, lakin Rusiyaya qarşı müharibədə hələ də istifadə etməyib.

Bu yaxınlarda ABŞ Ukraynaya kaset sursatları və digər silahların ötürülməsi barədə məlumat yayıb. Amerika prezidenti Co Bayden bildirib ki, bu cür mərmilər Ukrayna hərbçilərinə əks hücumu davam etdirməyə kömək edəcək.

Eyni zamanda, müdafiə naziri Aleksey Reznikov kaset mərmilərinin ötürülməsi ilə bağlı qorxuları dəf edib və onlardan istifadənin beş əsas prinsipini qeyd edib. Xüsusilə, Ukrayna mərmilərdən yalnız Ukrayna ərazilərini azad etmək üçün istifadə edəcək, yəni Rusiyanı vurmayacaq.

Turan İSMAYIL