"Ukraynanın mümkün NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə təhdid yaradacaq" - Putin

 23:36 13.07.2023     277

Putin Ukraynanın mümkün NATO üzvlüyünün Rusiyanın təhlükəsizliyinə təhdid yaradacağını bildirib.

Redaktor.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Putin bu barədə Rusiyanın “Rossiya 24” dövlət kanalına açıqlama verib.

"Ukraynanın mümkün NATO üzvlüyü Rusiyanın təhlükəsizliyinə təhdid yaradacaq. Mən əminəm ki, bu, Ukraynanın təhlükəsizliyini artırmayacaq və ümumilikdə dünyanı daha da həssas edəcək və beynəlxalq arenada əlavə gərginliyə səbəb olacaq”,- deyə Putin qeyd edib.

Humay İSGƏNDƏRLİ