Analitiklər rublun məzənnəsi ilə bağlı proqnozu pisləşdirib

 23:40 13.07.2023     265

Rusiyanın iri banklarının və investisiya şirkətlərinin analitikləri rublun məzənnəsi ilə bağlı proqnozu pisləşdiriblər.

Redaktor.az bu barədə "Lenta.ru"a istinadla xəbər verir.

2023-cü il üçün rublun məzənnəsi ilə bağlı proqnoz orta hesabla bir dollar üçün 76,9 rubldan 81,8 rubla qədər pisləşib. İqtisadçılar da növbəti iki il üçün gözləntilərini aşağı salıblar.  Yeni proqnoza görə, 2024 və 2025-ci illərdə dolların orta illik məzənnəsi hər biri 85 rubl təşkil edəcək.

Analitiklər növbəti iki il üçün inflyasiya səviyyəsini də pisləşdiriblər - 2023-cü ildə inflyasiya 5,5 faiz təşkil edəcək.  2024-cü il üçün proqnoz 4,8 faizdən 5 faizə endirilib.  Bununla belə, 2025-ci il üçün proqnoz dəyişməyərək 4 faiz səviyyəsində qalıb.

Həmidə İBRAHİMLİ