Ruslar iş üçün ən yaxşı şəhərləri seçdilər

 09:33 14.07.2023     280

Rusiyada analitiklər iş üçün ən yaxşı şəhəri tapmaq üçün sorğu keçiriblər.

Redaktor.az "Lenta.ru"ya istinadən xəbər verir ki, Rusiyada iş üçün ən yaxşı şəhərlər Sankt-Peterburq, Moskva və Soçi seçilib. 

Vətəndaşların 39%-i Sankt-Peterburqa, 30%-i Moskvaya və 27%-i iş üçün Soçiyə köçməyə hazırdır. Araşdırmada Rusiyanın bütün regionlarından 18 yaşdan yuxarı 3200 respondent iştirak edib. Respondentlərin əhəmiyyətli bir hissəsi (40 faiz) şərait yaranarsa, daimi və ya layihə işi üçün başqa şəhərə köçməyə hazırdır.

Humay İSGƏNDƏRLİ