"Isuzu" Rusiya bazarından geri çəkilir
Yapon pikap istehsalçısı "Isuzu" Ukraynaya hücumlardan sonra istehsalını davam etdirə bilmədiyi üçün Rusiya bazarından çəkildiyi bildirilir.
Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, "Isuzu" 2022-ci ilin martında Rusiyanın Ukraynaya hücumlarından sonra hissələrin tədarükü problemi səbəbindən dayandırdığı istehsalı yenidən başlada bilməyib.
Yapon şirkətinin səhmləri Rusiyanın “Sollers” avtomobil istehsalçısına satılıb.
Qeyd edilib ki, 2008-ci ildə Rusiyada istehsala başlayan pikap istehsalçısı, internet saytındakı son məlumatlara görə, 2021-ci ildə bu ölkədəki müəssisəsində 3700 avtomobil istehsal edib.
Humay İSGƏNDƏRLİ