Rusiyanın Ukraynadakı son itkiləri AÇIQLANDI

 10:30 14.07.2023     465

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 236590 (+550) nəfər canlı qüvvəsi, 4097 (+5) tank, 8008 (+9) ədəd zirehli döyüş maşını, 4449 (+24) ədəd artileriya sistemi, 680 (+2) reaktiv yaylım atəşi sistemi, 423 (+2) hava hücumundan müdafiə sistemi, 315 (+0) təyyarə, 310 (+0) helikopter, 3783 (+31) PUA, 1273 (+2) qanadlı raket, 18 (+0) gəmi, 7019 (+24) avtomobil texnikası və avtosistern, 662 (+10) xüsusi texnikası məhv edilib.

Turan İSMAYIL

2