Hakan Fidan Blinkenlə görüşdü
Türkiyə xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş olub.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilib ki, görüş zamanı NATO-nun Vilnüs sammitində alınan qərarlar ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, görüş Cakartada keçirilən ASEAN ölkələrinin toplantısı çərçivəsində başa tutub.