Türkiyə daha bir ölkəyə "HÜRKUŞ" satdı
Türkiyə "HÜRKUŞ" hücum təyyarəsini ikinci ölkəyə ixrac edib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, Türkiyə Hava və Kosmos Sənayesi A.Ş.(TUSAŞ) Çad Respublikası hərbi hava qüvvələrinə 3 HÜRKUŞ yüngül hücum və əsas təlim təyyarəsi və 2 ANKA SİHA təhvil verib.
"Təslimatlarımızı sürətlə davam etdiririk. Çad Respublikası hərbi hava qüvvələrinə 3 HÜRKUŞ və 2 ANKA təslim etdik. Çad HÜRKUŞ ixrac edilən ikinci ölkə oldu",- deyə TUSAŞ-ın məlumatında bildirilib.
Qeyd edək ki, Türkiyənin HÜRKUŞ yüngül hücum və əsas təlim təyyarəsi ilk dəfə Nigerə ixrac edilib.