"Vaqner" döyüşçüləri Belarusda təlimlərə qatıldı

 16:25 14.07.2023     293

“Vaqner” özəl hərbi şirkətinin əsgərləri Mogilev vilayətinin Osipoviç şəhəri yaxınlığında təlim zamanı Belarus ərazi qoşunlarının hərbi hissələrinin təlimində iştirak edirlər.

Redaktor.az BelTa-ya istinadla xəbər verir ki, bunu Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Osipoviç yaxınlığında ərazi qoşunlarının bölmələri ilə dərslər keçirilir. Döyüş meydanında hərəkət etmək və taktiki atış bacarıqlarına yiyələnir, mühəndis hazırlığı və taktiki təbabətdə biliklərə yiyələnirlər. "Vaqner" əsgərləri bir sıra bölmələrdə təlimatçı qismində çıxış ediblər”, - açıqlamada deyilir.

Turan İSMAYIL