Erməni əsilli jurnalist Rusiyada terrorçu və ekstremistlər siyahısına salındı

 16:45 14.07.2023     318

Rosfinmonitorinq rusiyalı jurnalist və bloger Karen Şainyanı terrorçu və ekstremistlər siyahısına daxil edib.

Redaktor.az "lenta.ru"ya istinadla xəbər verir ki, onun məlumatları rosfinmonitoring saytında reyestrə əlavə edilib.

“Şainyan Karen Baqratoviç, 1 iyul 1981-ci ildə anadan olub, İrkutsk şəhəri”, - məlumat bazasında deyilir. 

Qeyd edilib ki, Rusiya Ədliyyə Nazirliyi Şaynyanı 2022-ci ilin aprelində xarici agent kimi fəaliyyət göstərən KİV-lərin reyestrinə daxil edib. Ondan başqa blogger Yuri Dud, politoloq Yekaterina Şulman və karikaturaçı Sergey Elkin o zaman xarici agent kimi tanınıb.

Karen Şanyan “Kommersant Dengi”, “Snob”, “Vokrug Sveta” və digər nəşrlərin əməkdaşı olub. Jurnalist özünün YouTube kanalında cari ictimai-siyasi hadisələrlə bağlı videoçarxlar, həmçinin LGBT mövzusunda video və sənədli filmlər dərc edir. Kanalın 200.000-dən çox abunəçisi var.

Qeyd edək ki, K.Şainyan milliyyətcə ermənidir.

Həmidə İBRAHİMLİ