"ABŞ bizi təəccübləndirmədi” - Kansler kasetli bombalardan danışdı

 17:03 14.07.2023     296

Almaniya ABŞ-ın Ukraynanı kaset sursatları ilə təmin etmək qərarına təəccüblənməyib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz Berlində mətbuat konfransında jurnalistlərə bildirib.

“Əlbəttə, ABŞ bizi təəccübləndirmədi: biz bu qərarı mediadan deyil, birbaşa ABŞ-dan öyrəndik”, - o, deyib. Eyni zamanda, kansler ABŞ-ın Kiyevə kaset sursatlarının tədarükü ilə bağlı qərarını müdafiə edərək, bununla belə, Almaniyanın digər dövlətlərin suveren qərarlarını şərh etməyə borclu olmadığını bildirib. "ABŞ hökuməti bizə aid olmayan, lakin suveren şəkildə qəbul edilən qərar qəbul edib - əks halda o, kifayət qədər sursat təmin edə bilməyəcək", - Almaniya kansleri izah edib.

Bununla belə, Şolz qeyd edib ki, Almaniya Kassetalı Silahların Qadağan edilməsi Konvensiyasından irəli gələn öhdəliklərə sadiqdir. "Ancaq bir daha demək istəyirəm: bu konvensiya mənim üçün böyük əhəmiyyət kəsb edir", - kansler bildirib. Onun sözlərinə görə, söhbət heç də silahlardan və onların döyüş əməliyyatlarında effektivliyindən getmir. "Çünki bizim təchiz etdiyimiz bütün silahlar hədəfə dəydikdə dəhşətli dağıntılara səbəb olur", - Almaniya hökumətinin başçısı yekunlaşdırıb.

O, qeyd edib ki, Almaniyada kasetli sursat yoxdur və Almaniya hökuməti onları almaq niyyətində deyil.

Turan İSMAYIL