Fransa Senatının sədri Ermənistana silah göndərməyə çağırdı

 17:49 14.07.2023     306

Fransa Respublikası Senatının sədri Jerar Larşe Ermənistana müdafiə silahlarının çatdırılmasını sürətləndirməyə çağırıb.

Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Larşe bu barədə tviterdə paylaşım edib.

“Mən Ermənistanla Dağlıq Qarabağı birləşdirən Laçın dəhlizinin dərhal açılmasını, eləcə də təhlükəsizliyini təmin etmək üçün Fransa tərəfindən Ermənistana müdafiə silahlarının göndərilməsinin sürətləndirilməsini tələb etdim!” – deyə Larçer Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşdən sonra sosial şəbəkə hesabında yazıb.

Humay İSGƏNDƏRLİ