Çinin kiberhücumlarına cavab olaraq tədbir görüləcək - Blinken

 18:25 14.07.2023     310

ABŞ Çinə aid edilən ABŞ hökumət şəbəkələrinə kiberhücumlara cavab olaraq müvafiq tədbirlər görəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu səfərdə olduğu Cakartada mətbuat konfransında çıxış edən ABŞ dövlət katibi Entoni Blinken deyib. 

"Biz keçən ay bu hadisəni sənədləşdirdik və şəbəkələrimizi qorumaq üçün dərhal addımlar atdıq və hadisə barədə məlumat verdik. Cavabımızın təfərrüatlarını müzakirə edə bilmərəm, yalnız onu deyə bilərəm ki, ən əsası, hadisənin araşdırılması davam edir. 

Ümumiyyətlə, biz Çinə və digər ölkələrə ABŞ hakimiyyətinə, ABŞ şirkətlərinə və vətəndaşlarına qarşı hər hansı addımın bizi dərindən narahat etdiyini və buna cavab olaraq müvafiq tədbirlər görəcəyimizi ardıcıl olaraq bildirmişik”, - deyə departament rəhbəri bildirib.

Turan İSMAYIL