Rus deputat döydüyü keçmiş arvadından üzr istədi

 18:59 14.07.2023     314

Rusiya Dövlət Dumasının deputatı Vadim Bulavinov keçmiş həyat yoldaşından üzr istəyib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, o, müvafiq postu VKontakte səhifəsində yerləşdirib.

"Keçmiş həyat yoldaşımla bağlı vəziyyətə susmaq yəqin ki, düzgün deyil. Aramızda baş verənlərə görə çox təəssüflənirəm. Təbii ki, ondan üzr istəyirəm və laqeydliyimə görə peşmanam", - deputat yazıb.

Bundan əvvəl Dövlət Dumasının deputatı, “Vahid Rusiya” partiyasının üzvü Vadim Bulavinovun keçmiş həyat yoldaşını döydüyü iddia edilib. Daha sonra o, bu məlumatı təkzib edən yazı dərc edib, lakin daha sonra bu vəziyyətdə emosiyaların lazımsız olduğunu izah edərək səhifəsindən silib.

Turan İSMAYIL