Nümayəndələr Palatası 2024-cü il üçün müdafiə xərcləri haqqında qanun layihəsini qəbul etdi

 23:06 14.07.2023     262

ABŞ Konqresinin Nümayəndələr Palatası 2024-cü maliyyə ili üçün Ukraynaya hərbi yardım da daxil olmaqla 886,3 milyard dollarlıq müdafiə xərcləri haqqında qanun layihəsini təsdiqləyib. Həcmi təxminən 1,2 min səhifə olan bu sənəd üzrə səsvermə cümə günü keçirilib. 219 lehinə, 210 əleyhinə səs verib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, qanun layihəsi digər məsələlərlə yanaşı, Kiyev üçün ATACMS operativ-taktiki raket sistemləri üçün 80 milyon dolların ayrılmasını nəzərdə tutur.

Konqresmenlər həmçinin Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində ABŞ Müdafiə Nazirliyinin bu və ya digər avadanlıq və vasitələrin birbaşa Pentaqonun ehtiyatlarından təmin edilməsini deyil, istehsalçılarla müqavilələr bağlamasını nəzərdə tutan 300 milyon dollar yardım göndərməyi təklif edirlər. 

Turan İSMAYIL