Erməni zabit rüşvətə görə TUTULDU

 23:10 14.07.2023     227

Ermənistan ordusunun zabiti həbs olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilir ki, Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsi komandiri 19 milyon dram (təxminən 50 min dollar) məbləğində rüşvət almaqda ittiham olunur.

Məlumata görə, zabit hərbçilər üçün lazım olan hər şeyi (ayaqqabı, alt paltarı və s.) kiçik ölçüdə (pula qənaət etmək üçün) alıb və dövlətə ziyan vurub.