Bayden Rusiya ilə müharibəyə hazırlaşır - ABŞ prezidentliyinə namizəd

 23:26 14.07.2023     287

ABŞ lideri Co Baydenin NATO-nun Avropadakı bölmələrini gücləndirmək üçün ehtiyat qüvvələrini səfərbər etmək qərarı Rusiya ilə müharibəyə hazırlıqdır.

Redaktor.az xəbər verir ki, bunu  ABŞ prezidentliyinə namizəd Robert Kennedi özünün tviter hesabında yazıb.

O, insanların ölkədə baş verənləri anlaması üçün bunu xəbər verdiyini qeyd edib.

"Bayden, "Atlantic Resolve" əməliyyatının bir hissəsi olaraq Avropadakı ABŞ qüvvələrini genişləndirmək üçün 3000 ehtiyat əsgəri çağırdı. Mən istəyirəm ki, insanlar bu səfərbərliyin nə üçün olduğunu başa düşsünlər. Bu, Rusiya ilə quru müharibəsinə hazırlıqdır”, - Kennedi yazıb.

İyulun 14-də Co Bayden “Atlantic Resolve” əməliyyatını dəstəkləmək üçün Avropadakı Amerika qüvvələrinin bir hissəsindən istifadə etmək əmrini verib. Pentaqon Avropa qitəsinə əlavə qüvvələrin göndərilməsindən söhbət getmədiyini vurğulayıb.

“Atlantic Resolve” əməliyyatı 2014-cü ildən NATO-nun şərq cinahını gücləndirmək və Amerikanın Avropada hərbi mövcudluğunu artırmaq məqsədi ilə ABŞ tərəfindən həyata keçirilir.

Turan İSMAYIL