Türkiyədə ağır qəza, 12 nəfər xəsarət aldı

 09:09 15.07.2023     257

Türkiyədə ağır yol-qəzası olub.

Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, hadisə zamanı yük maşını avtobusa arxadan çırpılıb.

Qəza Ankara-Eskişehir magistralında baş verib. Hadisə zamanı 12 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.