Əli Yerlikaya: “Əliyalın tanklara meydan oxuyan şəhidlərimizin hüznünü yaşayırıq”

 09:39 15.07.2023     263

Türkiyə daxili işlər naziri Əli Yerlikaya tviter hesabından 15 İyul -Demokratiya və Milli Birlik Gününün 7-ci ildönümü ilə bağlı mesaj ünvanlayıb.

Redaktor.az CNN Türk-ə istinadən xəbər verir ki, nazir “15 İyulun 7-ci ildönümündə ölkəmizin hər yerində şəhidlərimizi, Türk Əsrinin qəhrəmanı olan qazilərimizi, milyonlarla məmləkət övladını anacağıq. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da dilə gətirdiyi kimi, hayqıracağıq: "Millətimizi parçalaya bilməyəcəksiniz! Siz bayrağımızı endirə bilməyəcəksiniz! Ölkəmizi parçalaya bilməyəcəksiniz! Dövlətimizi məhv etməyəcəksiniz! Dualarımızı susdurmayacaqsız! Bu ölkəni diz çökdürə bilməyəcəksiniz!” yazıb.

Nazir paylaşdığı videoda "Əziz bacı-qardaşlarım. 15 iyul xain çevriliş cəhdindən 7 il keçir. Bir tərəfdən millətimizin şanlı zəfəri var, digər tərəfdən də millətimizin şanlı zəfəri var. Sinələri inamla çevriliş cəhdini dayandıran, əli yalın tanklara, toplara, təyyarələrə meydan oxuyan şəhidlərimizin hüznünü yaşayırıq. Onların şəhidliyi millətimizin qəlbinə həkk olunub. FETÖ xainlərinə qarşı amansız mübarizəmiz bitməyib və bitməyəcək. Şəhidlərimizin və qazilərimizin qanı yerdə qalmayacaq. Və onların əziz xatirələrini yaşatdıqca yaşadacağıq” – yazıb