İtaliyanın hava məkanı iflic oldu

 17:23 15.07.2023     330

İtaliyada aeroport işçiləri kütləvi tətilə başlayıb.

Redaktor.az-ın məlumatına görə, ölkənin aviasektorunda dörd böyük şirkətin həmkarlar ittifaqının (Filt Cgil, Fit-Ci, Uiltrasporti, Ugl Ta) çağırışı ilə işçilər və bəzi pilotlar 10.00-18.00 saatlarında 8 saatlıq tətil elan edib.

İşçilər kütləvi tətilə səbəb kimi iş müqavilələrinin 6 ildir yenilənməməsini göstərib.

Tətil nəticəsində Romanın Fiumicino aeroportunda 140 uçuşun, Milano Malpensa aeroportunda da 150 uçuşun ləğv edildiyi, ümumilikdə 250 min insanın bundan təsirlənəcəyi bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən