Netanyahu özünü çox yaxşı hiss etdiyini bildirdi

 21:09 15.07.2023     254

İsrailin Baş naziri Benyamin Netanyahu şənbə günü həkimlərə köməklərinə görə təşəkkür edib və susuzluqdan əziyyət çəkdikdən sonra özünü çox yaxşı hiss etdiyini bildirib.

Redaktor.az-ın xəbərinə görə, Baş nazirin Şeba Tibb Mərkəzində qeydə alınan müvafiq videomüraciəti “Kan” radiosu və “Ynet” portalı tərəfindən dərc edilib.

“İndi özümü çox yaxşı hiss edirəm. Dünən mən Qalileya dənizində günəşdə, baş geyimi olmadan və kifayət qədər susuz bir az vaxt keçirdim. Bu pis fikir idi”, - deyə o qeyd edib.

Netanyahu israilliləri istilərə görə günəşdə daha az vaxt keçirməyə və daha çox su içməyə çağırıb.