Bu ölkələr Çinin çip istehsalçılarına məhdudiyyətlər tətbiq edəcək

 21:22 15.07.2023     280

Niderland hakimiyyəti ABŞ-ın tələbi ilə ölkənin ASML şirkətinin Çində çip istehsalı avadanlıqlarına xidmət göstərməsinə mane olacaq yeni ixrac məhdudiyyətləri tətbiq etməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

ASML müasir prosessorlarda ən nazik çipləri hazırlamaq üçün istifadə edilən litoqrafiya skanerlərinin aparıcı istehsalçısıdır.

Niderlandın qarşıdan gələn yeni ixrac nəzarəti qaydaları ASML-yə standart olaraq Çində öz avadanlıqlarını təmir etməyi və sazlamağı qadağan edəcək. Çində fəaliyyətini davam etdirmək üçün şirkət hökumətdən xüsusi lisenziya almalıdır. Yeni qayda 2023-cü ilin sentyabrında qüvvəyə minəcək.