ABŞ Suriya və İraqa 2500 əsgər göndərir

 09:49 16.07.2023     226

ABŞ İŞİD terrorçularına qarşı döyüşmək üçün Suriya və İraqa əlavə 2500 əsgər göndərib.

Redaktor.az xəbər verir ki, bu barədə "7 News" məlumat yayıb.

Bildirilib ki, bütün əsgərlər 10-cu dağatıcı diviziyada xidmət edir.

Onlar “Sarsılmaz Qətiyyət” əməliyyatı çərçivəsində doqquz ay Suriya və İraqda qalacaqlar.