Türkiyədə meşə yanğınları DAVAM EDİR

 17:03 16.07.2023     325

Türkiyənin Hatay bölgəsində Belen rayonunda meşə yanğını baş verib.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, yanğınsöndürən qrupların havadan və qurudan müdaxiləsi ilə alovlar söndürülməyə çalışılır.

Yanğın əsasən Soğukölük məhəlləsinin meşə sahəsində baş verib. Hadisənin səbəbi hələ bəlli deyil.

Yaşayış məntəqələrinə yaxın ərazidə baş verən yanğın küləyin təsiri ilə böyüyüb.