Rusiyada ağır yol qəzası oldu, 5 ÖLÜ

 19:37 16.07.2023     262

Rusiya Federasiyasının Perm diyarında ağır yol qəzası olub.

Bu barədə Redaktor.az Rusiya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, magistral yolda dörd nəqliyyat vasitəsinin toqquşması nəticəsində 5 nəfər ölüb, daha iki nəfər yaralanıb.

Ölənlər arasında iki uşaq da var.

Qəzanın başvermə səbəbi və təfərrüatı araşdırılır.