Finlandiyada təyyarə şou zamanı qəzaya uğradı - FOTO

 20:14 16.07.2023     285

Finlandiyanın Kouvol şəhərində təyyarə hava şousu zamanı qəzaya uğrayıb, pilot ölüb.

Bu barədə Redaktor.az yerli “Yle” portalına istinadən xəbər verir.

Təyyarənin Sillanyaya hava limanının ərazisindəki meşədə düşdüyü bildirilir.

"Təyyarəni idarə edən pilot qəza nəticəsində ölüb", - portal bildirib.

Polis qəzası ilə bağlı istintaqa başlayıb. Qeyd edilir ki, qəza zamanı izləyicilər üçün təhlükə olmayıb, onlardan heç biri xəsarət almayıb.

2