Banqladeşdə Denge epidemiyası: 11 min nəfər xəstəxanaya yerləşdirildi

 21:55 16.07.2023     289

İyulun birinci yarısında Banqladeşdə 11 mindən çox adam denge qızdırmasına görə xəstəxanaya yerləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Xidmətlərinin Baş Müdirliyi (DGHS) məlumat yayıb.

DGHS-nın statistikasına görə, ölkədə bu gün 1 623 yeni yoluxma və 7 ölüm faktı ilə yanvar ayından bəri ən yüksək göstərici qeydə alınıb.

Yoluxanların ümumi sayı 19 454-ə, ölənlərin sayı isə 100-ə çatıb.