Bayden Ukrayna hərbçiləri üçün "yaşıl işıq" yandırdı

 22:09 16.07.2023     325

ABŞ Prezidenti Co Bayden ukraynalı pilotların Avropa ölkələrində F-16 qırıcılarını idarə etmək üçün təlim keçməsinə yaşıl işıq yandırıb.

Redaktor.az xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan CNN-ə müsahibəsində deyib.

O, əlavə edib ki, Vaşinqton təlimin həyata keçirilməsi üçün lazım olan hər şeyi təmin edəcək.

“Prezident yaşıl işıq yandırdı və biz avropalılar hazır olan kimi ukraynalıların F-16-da təlimə başlaması üçün icazə, dəstək, asanlaşdıracaq və lazımi alətlərlə təmin edəcəyik”, - deyə Sullivan bildirib.

Sallivan həmçinin deyib ki, Avropa hakimiyyət orqanları Ukrayna Silahlı Qüvvələrinə təlim keçməyə demək olar ki, hazırdır. Onlara daha bir neçə həftə lazım olacaq, bu müddət ərzində lazım olan hər şey hazırlanacaq.

Turan İSMAYIL