Qaçqınların 76%-i Ukraynaya qayıtmaq istəyir

 23:00 16.07.2023     273

Müharibə səbəbindən Ukraynanı tərk etmək məcburiyyətində qalan qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti gələcəkdə evinə qayıtmaq istəyir.

Redaktor.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının aprel-may aylarında apardığı sorğuda qeyd olunub.

Bildirilir ki, qaçqınların 75%-dən çoxu gələcəkdə evlərinə qayıtmağa ümid edir, lakin onların yalnız 15%-i yaxın gələcəkdə qayıtmağı planlaşdırır.

Zaporojye, Xerson və Dnepropetrovsk vilayətlərindən olan məcburi köçkünlər arasında geri qayıtmağa ümid daha çoxdur. Ukrayna ilə qonşu ölkələrdə məskunlaşan qaçqınların geri qayıtmaq ümidi digər Avropa ölkələrində yaşayanlarla müqayisədə daha yüksəkdir (71% qarşı 57%).