Çin və Rusiya hərbi təlim keçirəcək
Çinin dəniz donanması bazar günü Yapon dənizində Rusiyanın dəniz və hava qüvvələri ilə birgə təlimə qoşulmaq üçün yola düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb.
Təlim “strateji su yollarının təhlükəsizliyini qorumaq” məqsədi daşıyır.
Nazirlik rəsmi hesabında bildirib ki, beş döyüş gəmisi və dörd gəmi vertolyotundan ibarət Çin donanması şərqdəki Qingdao limanını tərk edib və əvvəlcədən müəyyən edilmiş ərazidə Rusiya qüvvələri ilə bir araya gələcək.