Cənubi Koreyada su altında qalan tuneldən 13 cəsəd çıxarıldı

 11:34 17.07.2023     270

Cənubi Koreyanın mərkəzi Cheongju şəhərində su basmış tuneldən sərnişinlərə çıxarmağa çalışan xilasedicilər ölü sayının artdığını bildirib.

Redaktor.az "TRT Haber"ə istinadən xəbər verir ki, su basmış tuneldən 13 cəsəd çıxarılıb.

Ölkə daxilində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayı 37-yə yüksəlib, 10-dan çox adamın itkin düşdüyü açıqlanıb.

Güclü yağışlar səbəbindən 216 yol bağlanıb, ölkə üzrə 273 dövlət və şəxsi əmlaka ziyan dəyib.

Qeyd edək ki, Cənubi Koreyada ötən ilin avqust ayında yağan güclü yağışlar nəticəsində 14 nəfər, 2020-ci ildə isə ölkə daxilində daşqın və sürüşmə nəticəsində 48 nəfər həlak olub.

Humay İSGƏNDƏRLİ