Krım körpüsündə hərəkət bərpa edildi

 12:00 17.07.2023     309

Krım körpüsündə fövqəladə vəziyyətdən sonra dəmir yolu hərəkəti bərpa edilib, "Simferopol-Moskva" qatarı Krasnodar diyarına doğru yola düşüb.

Redaktor.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Krımın operativ qərargahı məlumat yayıb.

İyulun 17-də səhər tezdən Krımın rəhbəri Sergey Aksenov Krasnodar diyarından 145-ci dəstək bölgəsində fövqəladə vəziyyətlə əlaqədar Krım körpüsündə nəqliyyatın hərəkətinin dayandırıldığını elan edib.

Fövqəladə vəziyyətlə əlaqədar yarımada tərəfdən tıxac yaranıb. Krıma gedən bərənin işi də dayandırılıb.

Qeyd edək ki, hadisə nəticəsində evli cütlük ölüb, onların azyaşlı qızları xəstəxanaya yerləşdirilib.

Hadisə yerində araşdırlamalar aparılır.  

Humay İSGƏNDƏRLİ