Ərdoğan "Taxıl sazişi" ilə bağlı açıqlama verdi

 14:42 17.07.2023     260

"Qara dəniz Taxıl Təşəbbüsü tarixə uğurlu nümunə kimi düşüb. Biz bu təşəbbüsün davam etməsi üçün əlinimzdən gələni etməyə hazırıq. Təəssüf ki, Rusiya tərəfi bu təşəbbüsün şərtlərini uzatmayıb".

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyə Ərəbistanına rəsmi səfərindən öncə jurnalistlərə açıqlamasında deyib.

O, "Taxıl sazişi" ilə bağlı Rusiya və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığının olacağını qeyd edib.