Rusiya xarici işlər nazirinin müavini Azərbaycan səfiri ilə müzakirələr apardı

 19:28 17.07.2023     478

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Azərbaycanın Moskvadakı səfiri Polad Bülbül oğlu bazar ertəsi keçirilən görüşdə Cənubi Qafqazdakı vəziyyəti və Bakı ilə İrəvan arasında barışıq prosesini müzakirə ediblər.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya diplomatik departamentinin məlumatında deyilir.

“Söhbət zamanı Cənubi Qafqazdakı vəziyyət, Bakı ilə İrəvan arasında barışıq prosesi müzakirə olunub”, - Rusiya XİN-dən bildiriblər.

Turan İSMAYIL