Bu ölkədə separatçılar 10 nəfəri güllələdi
Kamerunun şimal-qərbində separatçılar tərəfindən azı 10 nəfər öldürülüb.
Redaktor.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.
Hücum iyulun 16-da Bamenda şəhərində həyata keçirilib, qeyd edir. Silahlı qrup insanların sıx olduğu kəsişmədə yerləşən mağazanın yaxınlığında atəş açıb. Ölənlər arasında iki yeni evlənən də var.
Öz növbəsində BBC media qrupu bildirir ki, hücum edənlər mağaza sahibini və onun ailəsini Kamerunun mərkəzi hakimiyyət orqanları ilə əməkdaşlıqda ittiham ediblər.
Qeyd edək ki, Kamerunun qərbində ingilisdilli bölgələr əsasında öz dövlətini yaratmağa çalışan separatçı gizli qrup fəaliyyət göstərir. Kamerunun 27 milyon əhalisinin əsas hissəsi fransızca danışır, beşinci hissəsi ingilis dilindən istifadə edir, çünki onlar müstəmləkə dövründə Britaniya İmperiyasının nəzarətində olan qərb ərazilərində yaşayırlar.
Turan İSMAYIL