Lukaşenko ölüləri bu cinayətlərə görə mühakimə etməyə icazə verdi

 20:38 17.07.2023     368

Belarus Prezidenti Aleksandr Lukaşenko “Belarus Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanunu imzalayıb.

Redaktor.az "İnterfax"a istinadla xəbər verir ki, bu qanunda soyqırım və digər ağır cinayətlərə, o cümlədən ölən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi imkanlarını nəzərdə tutur.

“Qanun bəşəriyyətin sülh və təhlükəsizliyinə qarşı iddia müddəti olmayan cinayətlər, o cümlədən soyqırımı, habelə hərbi cinayətlər törətmiş vəfat etmiş şəxslərə qarşı cinayət işinin başlanmasının rədd edilməsinin və icraata xitam verilməsinin yolverilməzliyini nəzərdə tutur” - Prezidentin mətbuat xidmətinin məlumatında deyilir.

Onların yaxın qohumları mərhumu məhkəmədə təmsil edə biləcək və bu qohumların prosesdə iştirakdan imtina etməsi işin araşdırılmasına və məhkəmə baxışına mane olmayacaq.

"Bu kateqoriyadan olan işlər üzrə icraat müdafiəçinin məcburi iştirakı ilə ümumi qaydalar əsasında aparılacaq", - mətbuat xidmətindən bildirilib.

Ölən şəxsin təqsiri sübuta yetirilərsə, onun barəsində cəza təyin edilmədən təqsirli hökmün çıxarılması nəzərdə tutulur.

Minsk bəyan edib ki, yeni qanun soyqırım, digər ağır cinayətlərə görə məsuliyyətin qaçılmazlığını və tarixi ədalətin bərpasını təmin etməlidir.

Turan İSMAYIL