Putin Krım körpüsü ilə bağlı tapşırıq verdi

 21:32 17.07.2023     282

Rusiya  prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə Ukraynanın Krım körpüsündə törətdiyi terror aktına cavab tədbirləri üçün təkliflər hazırlamağı tapşırıb.

Redaktor.az "news.ru"ya istinadla xəbər verir ki, Fövqəladə vəziyyətin ləğvi ilə bağlı keçirilən müşavirədə dövlət başçısı həmçinin İstintaq Komitəsinə və FTB-yə insidentə ətraflı baxmağı tapşırdığını, bütün halların üzə çıxacağına əminliyini ifadə edib.

"Nəzərə alsaq ki, Krım körpüsündə ikinci terror aktı artıq baş verir, mən bu strateji əhəmiyyətli nəqliyyat obyektinin təhlükəsizliyinin yaxşılaşdırılması üçün konkret təkliflər gözləyirəm”, - deyə Putin bildirib.

Turan İSMAYIL