Bayden Roma Papasının nümayəndəsi ilə ukraynalı uşaqları müzakirə edəcək

 22:01 17.07.2023     272

ABŞ prezidenti Co Bayden iyulun 18-də Roma Papasının nümayəndəsi kardinal Matteo Zuppi ilə görüşəcək.

Redaktor.az "Politico"ya istinadla xəbər verir ki, onlar Ukraynadakı vəziyyəti və ukraynalı uşaqların Rusiyaya ixracı ilə bağlı məsələləri müzakirə edəcəklər. 

Qeyd edək ki, Vatikan Zuppinin üç gün Vaşinqtonda olacağını açıqlayıb. Bəyanatda deyilir ki, kardinalın məqsədi “Ukraynada sülhü təşviq etməkdir”.

Zuppi artıq bu ilin əvvəlində Kiyev və Moskvaya səfər edib.

Turan İSMAYIL