Krım körpüsünə dəyən ziyanın peyk görüntüsü - FOTO

 23:15 17.07.2023     428

İnternetdə iyulun 17-nə keçən gecə Ukraynanın pilotsuz təyyarələrinin (PUA) hücumu nəticəsində partladılan Krım körpüsünün peyk görüntüləri yayılıb.

Redaktor.az "Smotri" teleqram kanalına istinadla xəbər verir ki, şəkillərdə Kerç boğazı üzərindən keçən körpünün zədələnmiş avtomobil hissəsi əks olunub.

Xatırladaq ki, ötən gecə Krım körpüsündə partlayış səsləri eşidilib. Əvvəllər körpünün Taman istiqamətində bir aşırımı dağıdılıb, Kerç istiqamətindəki digər hissəsi zədələnib. Avtomobil və dəmir yolu xətləri bağlanıb.

Ukrayna mətbuatının yaydığı məlumata görə, Krım körpüsü Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin xüsusi əməliyyatı nəticəsində partladılıb.

Onu da qeyd edək ki, bu, Ukraynanın Krım körpüsünə ikinci hücumudur.

Turan İSMAYIL

2