ABŞ-ın göndərdiyi kasetli bombalar Ukraynanın cəbhə bölgəsinə daşınır

 23:42 17.07.2023     386

Ukrayna ordusu ABŞ-ın hərbi yardım çərçivəsində təhvil verdiyi kaset sursatlarını şərqə çatdırmağa davam edir.

Redaktor.az RBC-Ukrayna-ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun sözçüsü Sergey Çerevati bəyanat verib.

O, "Ukraynanın şərq cəbhəsində kasetli sursatlardan artıq istifadə edib-etmədiyi" barədə suala belə cavab verib:

"Sursatların alma prosesi davam edir. Təbii ki, biz onu alanda - bu, tamamilə qanunidir, ölkəmizin müdafiəsi üçün əlimizdə olan hər şeyi tamamilə istifadə edəcəyik və bu, mövqelərimizi xeyli gücləndirəcək".

Onun sözlərinə görə, döyüşlər göstərdi ki, artilleriya bəlkə də düşmən üzərində üstünlük əldə etmək üçün əsas vasitədir.

O, həmçinin qeyd edib ki, düşmən kasetli sursatlardan daim istifadə edir.

Xatırladaq ki, iyulun 7-də ABŞ Ukraynaya dəyəri 800 milyon dollardan çox olan növbəti hərbi yardım paketini açıqlamışdı. O cümlədən kasetli sursatlar da bura daxildir.

“Tavriya” əməliyyat-strateji qrupunun komandiri Aleksandr Tarnavskinin iyulun 13-də qeyd edib ki, Ukrayna artıq Amerika kasetli sursatlarını alıb.

Turan İSMAYIL