ABŞ-dan Krım körpüsünün partladılmasına REAKSİYA

 23:57 17.07.2023     310

ABŞ Krım körpüsünün partladılmasının Rusiyanın Ukraynada apardığı müharibənin gedişatına təsir edəcək hər hansı nəticələri görmür.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Biz körpüyə endirilən zərbənin Krımda və ya Ukraynanın cənubunda Rusiyanın qüvvə və vasitələrinin balansına, onun hərbi potensialına hər hansı təsirini görmədik.

Düşünürəm ki, körpüyə edilən hücumun onların bu müharibəni aparmaq qabiliyyətinə əhəmiyyətli hərbi təsir göstərib-etməyəcəyi barədə nəticə çıxarmaq hələ tezdir”, – Ağ Evin sözçüsü bildirib.

Turan İSMAYIL