"Qərb ölkələri Zelenskiyə münasibətini dəyişir" - Zaxarova

 12:53 18.07.2023     373

Ağ Ev hazırda Kiyevə silah tədarükünü bölür, Qərb isə Ukrayna Prezidenti Volodimir Zelenskiyə münasibətini dəyişir.

Redaktor.az "gazeta.ru"ya istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Ağ Ev açıq şəkildə Kiyev rejimi tərəfindən törədilən terror aktlarını təkzib edərək, silah transferi ilə terror hücumları arasında bölücü xətt çəkdi. Bu, əlbəttə ki, başqa bir manipulyasiyadır", - o, deyib.

Rusiya XİN sözçüsü qeyd edib ki, indi “Zelenski Qərb üçün zəhərli olub”.

Turan İSMAYIL