Hakan Fidan Lavrovla taxıl müqaviləsini müzakirə etdi
Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefonla taxıl müqaviləsini müzakirə edib.
Redaktor.az TRT Haber-ə istinadla xəbər verir ki, bu barədə iyulun 18-də Türkiyə XİN məlumat yayıb.
“Bu gün xarici işlər naziri Hakan Fidan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. Söhbət zamanı İstanbul Taxıl Sazişi çərçivəsində baş verən son hadisələr müzakirə olunub” - xəbərdə deyilir.
Tərəflər həmçinin meşə yanğınlarının söndürülməsi üçün Rusiya təyyarələrinin alınmasını müzakirə ediblər.
Turan İSMAYIL