Krım körpüsünə hücuma cavab tədbirləri hələ də hazır deyil - Peskov

 13:51 18.07.2023     332

Rusiya prezidentinə Krım körpüsünə PUA hücumuna cavab vermək və onun təhlükəsizliyinin yaxşılaşdırılması tədbirləri ilə bağlı təkliflər hələ də işlənib hazırlanır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Qeyd eədk ki, Rusiya Prezidenti Vladimir Putin ötən gün Krım körpüsü ərazisində vəziyyətlə bağlı iclas keçirib və artıq ikinci hücum baş verdiyi üçün körpüdə təhlükəsizliyin yaxşılaşdırılması üçün təkliflər gözlədiyini bildirib.

“Əlbəttə, onlar hazırlanır”, - deyə Peskov Rusiyanın dünənki hücuma reaksiyası və Krım körpüsünün təhlükəsizliyinin yaxşılaşdırılması ilə bağlı təkliflərin artıq təqdim edilib-edilməməsi və ya hələ də işlənib-hazırlanmaması sualına cavab verib.

Xatırladaq ki, iyulun 17-si səhər tezdən Ukrayna qüvvələri Krım körpüsünü partladıb.

Turan İSMAYIL