Makronun "Uber"lə gizli razılaşması üzə çıxdı

 14:01 18.07.2023     321

Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın "Uber" şirkəti ilə “gizli razılaşma” əldə edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə “Radio France” parlament komissiyasının hesabatına istinadən xəbər verir.

“"Uber" hökumətin ən yüksək səviyyələrində müttəfiqlər tapdı... "Uber" Emmanuel Makron və onun kabinetinin üzvləri arasında təmasların intensivliyi qeyri-şəffaf, lakin imtiyazlı əlaqənin göstəricisidir və sistemimizin təsirləri qiymətləndirmək və ictimai qərarlar üzrə şəxsi maraqların qarşısını almaqda bütün acizliyini göstərir, - hesabatda deyilir.

Xüsusilə, İqtisadiyyat naziri olduğu müddətdə Makronla bağlanmış “gizli sövdələşmə” sayəsində "Uber" xidmətin sürücüləri üçün təlim saatlarını qanuni olaraq 250-dən 7-ə endirə bilib. Hesabatda vergi idarəsinin şirkətin ofislərində axtarış apardığı bir vaxtda "Uber" nümayəndəsinin Makrona SMS göndərdiyi hal da qeyd edilib.

"Radio France" yazır ki, "Uber" lobbisi Mark Makqan Makronun prezidentlik kampaniyasını maliyyələşdirməyə kömək edib.

Turan İSMAYIL