Avropa İttifaqı Rusiyanı “Taxıl sazişi”ni dərhal bərpa etməyə çağırdı

 14:10 18.07.2023     299

Avropa İttifaqı (Aİ) Rusiyanı “Taxıl sazişi”ni dərhal bərpa etməyə çağırıb.

Redaktor.az-ın məlumatına görə, Aİ-nin Rusiyadakı Nümayəndəliyinin saytında dərc olunan bəyanatda belə deyilir.

Bildirilib ki, Rusiya ərzaqdan silah kimi istifadə edir, bütün dünyada taxıl tədarükündəki fasilələrə və ərzaq qiymətlərinin qlobal artımına görə bütün məsuliyyəti öz üzərinə götürür.

Qeyd edək ki, Rusiya iyulun 17-də "Taxıl sazişi"nin müddətinin başa çatmasını əsas götürərək, sənədin vaxtını uzatmayıb. Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu.