Moskvaya leysan yağır - şəhər xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib
Hazırda Rusiyanın paytaxtı Moskvada güclü leysan yağır.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, yağış paytaxtın mərkəzi, qərb, cənub və şərq rayonlarını əhatə edib.
Moskva merinin mənzil-kommunal təsərrüfat məsələləri üzrə müavini Petr Biryukovun daha əvvəl bildirib ki, şəhər xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Hava şəraitinin proqnozuna görə, iyulun 18-dən iyulun 19-dək paytaxtda yağış yağacağı, arabir yağış yağacağı, dolu düşəcəyi, şimşək çaxacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı, küləyin sürətinin saniyədə 17-20 metrədək, iyulun 19-u səhər - saniyədə 25 metrə qədər olacağı gözlənilir.
Bildirilib ki, çərşənbə günü səhərədək 40 millimetrə yaxın yağıntının düşmə ehtimalı var.
Həmidə İBRAHİMLİ