Avropa Parlamenti Haaqa məhkəməsini Lukaşenkonun həbsinə order verməyə çağırdı
Avropa Parlamentinin deputatları Beynəlxalq Cinayət Məhkəməsini (ICC) Belarus lideri Aleksandr Lukaşenkonun həbsinə order verməyə çağırıb. Bu, Belarusun uşaqların Ukraynadan deportasiyasında iştirakı ilə bağlıdır.
Redaktor.az RBC-Ukrayna-ya istinadla xəbər verir ki, bu barədə Avropa Parlamenti deputatlarının hesabatının yekunlarına dair press-relizdə deyilir.
Beləliklə, deputatların fikrincə, Belarus Ukraynaya dəymiş ziyana və Ukraynada törədilən cinayətlərə, o cümlədən uşaqların Ukraynadan qanunsuz deportasiyasında rejimin roluna görə məsuliyyət daşıyır.
“Beynəlxalq Cinayət Məhkəməsi artıq Rusiya Prezidenti Vladimir Putin və Rusiyanın Uşaq Ombudsmanı Mariya Lvova-Belovanın həbsinə orderlər verdiyindən, Avropa Parlamenti deputatları BCM-ni Aleksandr Lukaşenkonun həbsi üçün oxşar orderi nəzərdən keçirməyə çağırıb”, - press-relizdə deyilir.
Bundan əlavə, Avropa Parlamentinin deputatları hesab edirlər ki, Aİ Şurası həmçinin Aİ-nin sanksiyalarına məruz qalan Belarus və Rusiya şəxslərin, o cümlədən ukraynalı uşaqların məcburi deportasiyasında iştirak edən şəxslərin siyahısını genişləndirməlidir.
Xatırladaq ki, 2023-cü ilin martında Beynəlxalq Cinayət Məhkəməsi Rusiya lideri Vladimir Putinin həbsinə order verib. Həmçinin, order Rusiya Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Alekseevna Lvova-Belovanın adına verilib.
Turan İSMAYIL