Almaniyalı nazirdən Rusiyanın Odessaya atdığı raketlərə REAKSİYA
Rusiyanın Ukraynanın Odessa limanına atdığı hər raket həm də dünyada acından əziyyət çəkən insanlara raket atmağa bərabərdir.
Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib.
Onun şərhi təcavüzkar dövlətin “taxıl sazişi”ndən çıxmasından sonra Rusiyanın Ukrayna limanlarını atəşə tutmasından sonra Moskvanın tənqid dalğasına səbəb olub.
Eyni zamanda, Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bəyan etmişdi ki, Rusiyasız “taxıl sazişi”nin uzadılması guya Ukrayna ərzaq məhsullarının Qara dənizdən ixracı üçün risklər yarada bilər.
Qeyd edək ki, iyulun 17-də Rusiya elan etdi ki, guya Moskvanın şərtlərinə “uyğun olmadığına” görə “taxıl müqaviləsi”ni yeniləməyəcəklər.
Xatırladaq ki, iyulun 18-nə keçən gecə Rusiya Federasiyası Ukrayna ərazisinə yenidən zərbə PUA və raketlərdən istifadə edərək hücum edib.
Əvvəlcə Xersonda, daha sonra Nikolaevdə partlayışlar barədə məlumat verilib. Bundan sonra Odessada silsilə partlayışlar baş verib.
Odessada vurulan raketlərin parçaları və zədələnmə nəticəsində yaranan partlayış liman infrastruktur obyektlərinə, bir neçə fərdi evə ziyan vurub. Yaşlı kişi öz evində xəsarət alıb, xəstəxanaya yerləşdirilib.
Turan İSMAYIL