“Ukrayna üçün yeri və göyü hərəkətə gətirməyə davam edəcəyik” - Pentaqon rəhbəri

 17:23 18.07.2023     301

Birləşmiş Ştatlar və onun Ukraynadakı müttəfiqləri Kiyevin hərbi ehtiyaclarını, o cümlədən döyüşə hazır və müasir ordunun yaradılmasını təmin etməyə davam edəcəklər.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bunu iyulun 18-də ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib.

O, Kiyevə dəstək üçün təmas qrupunun iclasından əvvəl deyib: “Ukraynaya lazım olanı əldə etmək üçün yeri və göyü hərəkətə gətirməyə davam edəcəyik”.

Ostin əlavə edib ki, ABŞ və müttəfiqləri “gələcəkdə özünü müdafiə edə biləcək döyüşə hazır və peşəkar Ukrayna ordusu yaratmaq” üçün Ukrayna hərbçilərinə təlim keçməyə və təlim avadanlıqları verməyə davam edəcək.

Turan İSMAYIL